"Sumqayıt"la oyunda itirdiyimiz xalları bu oyunda bərpa etmək istəyirdik"

"Qarabağ"ın "Rəvan"la matçda yeganə qolunun müəllifi Vüqar Mustafayev matçdan sonra Newsport.az-ın suallarını cavablandırıb:

- Vurduğun qol komandaya qələbə qazandırdı...

- Əsas komandamızın qələbəsidi, hansı oyunçunun qol vurması önəmli deyil. "Sumqayıt"la oyunda itirdiyimiz xalları bu oyunda bərpa etmək istəyirdik. Qələbə qazanmalıyıdıq ki, onu da qazandıq.

- "Qarabağ" əvvəlki matçlardakı kimi bütün oyunboyu rəqib qapısı qarşısında saysız-hesabsız qol imkanları yarada bilmədi...
- İstər-istəməz yorğunçuluqla bağlıdı. Avropa Liqasında da oyunumuz olmuşdu. Sıx qrafik olduğuna görə yorğunçuluq oldu.

- "Rəvan"ı necə bu cür gözləyirdiz yoxsa daha asan qələbə qazanacağınızı fikirləşirdin?
- Yox, bu cür də gözləyirdik. Bu dəqiqə Premyer Liqamızda asan rəqib yoxdu. Hamı bir-birilə başabaş mübarizə apara biləcək komandadı.

- Qarşıdakı turda da AZAL-la oynayacaqsız. Hansı ki, bu rəqib son iki turdan dörd xal götürə bilib. Bu sizi narahat etmirki?
- AZAL-ın da güclü komanda olduğunu yaxşı dərk edirik. Son turlarda özlərinə gələ biliblər. İnşallah ki, AZAL matçına dda qələbə üçün çıxacağıq. 

- Son iki turda "Qarabağ"ın tam istədiyi futbolu oynaya bilməməsi görünür. Bunu nə ilə əlaqələndirirsən?
- Məncə yorğunçuluqdu. "Rəvan" matçına çıxanların əksəriyyəti Avropa Liqasında da oynayırdı. Yorğunluqdan irəli gəlir hamısı.

- "Monako" ilə oyunda qrupdan çıxmaq şanslarınızı artıra bilərsiz...
- Bu oyundakı üç xal bizim üçün altı xala bərabərdi. "Monako"ya qalib gəlmək üçün, Fransada etdiyimizdən də artığını etməliyik. 

- Reynaldonun yoxluğu yəqin ki, yenə özünü göstərəcək...
- Düzdü, Reynaldonun yoxluğu öz təsirini göstərir. Amma komandada Armentoros və Raydel Pupon kimi hücumçularımız da var. İnşallah ki, onlar da özlərini göstərə bilər. 

- Armentoros və Pupon. İkisi Reynaldonu verə bilmir. Razısan?
- Reynaldonun yeri tam başqadı. Ancaq Armentoros və Pupon da komandaya uyğunlaşmaq üçün əllərindən gələni edirlər. Reynaldo artıq neçə illərdi ki, "Qarabağ"dadı. Pupon qol vurmalı ki, açılışsın. Pupondan da qol gözləyirik. 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right