Mahir Emreli Almaniya klubu ilə müqavilə bağlayıb

Azərbaycan millisinin üzvü Mahir Emreli Almaniyanın "Nürnberq" klubu ilə müqavilə bağlayıb.

Newsport.az Report.az-a istinadən xəbər verir ki, 27 yaşlı hücumçu bu gün "qırmızı-qaralar"la 1+1 illik sözləşmə imzalayıb.

II Bundesliqa təmsilçisi keçidi sabah açıqlayacaq.

Qeyd edək ki, M.Emrelinin son olaraq çıxış etdiyi Xorvatiyanın "Dinamo" (Zaqreb) klubu ilə müqaviləsinə qarşılıqlı şəkildə xitam verilib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right