"Zirə" bizə imkan yaratmırdı, mane olmaq istəyirdi, ancaq yenə də..."

"Kəpəz"in müdafiəçisi Şəhriyar Rəhimob Newsport.az-a açıqlama verib. Rəhimov "Zirə" ilə matç (2:2) barədə danışıb: "Oyuna yaxşı başladıq və qol vura bildik. İlk 25 dəqiqə bizim nəzarətimiz altında keçdi. Amma lazımsız iki qol buraxdıq.

Top bizdə olarkən, onu itirirdik və iki əks hücumda qollar buraxdıq. İki hissə tam bizim üstünlüyümüz şəraitində keçdi. "Zirə" müdafiədə çox sıx oynayıb bizə qol imkanları yaratmaqda mane olmaq istəyirdi. Amma yenə də iki qol vura bildik". 

"Qəbələ" ilə oyun çox çətin olacaq. İki oyundu ki, xal itirən "Qəbələ" ilə oyuna ciddi hazırlaşacağıq. Biz də qələbə üçün oynayacağıq" deyə fikirlərini yekunlaşdırıb. 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right