Riçarddan Premyer Liqada 50-ci qol

"Qarabağ"ın futbolçusu Riçard Almeyda Azərbaycan çempionatlarında 50-ci qolunu vurub.

Newsport.az xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçinin yubiley topu Misli Premyer Liqasının I turuna təsadüf edib.

O, “Araz-Naxçıvan”la səfər oyununda (4:1) vurduğu qolla “100”ü yarılayıb. Riçard “50”yə Premyer Liqada keçirdiyi 268-ci matçda çatıb. Yarımmüdafiəçi Azərbaycan çempionatları tarixinə ən azı 50 qol vuran 40-cı futbolçu kimi düşüb.

2012/13 mövsümündən Premyer Liqada çıxış edən Almeyda ilk qolunu da həmin çempionatda imza atıb. Yalnız “Qarabağ”ın heyətində rəqib qapısına yol tapan yarımmüdafiəçi “Zirə”nin də formasını geyinib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right