"Rəvan"ın kapitanı Ramazan Abbasov "Qarabağ"la görüşdən sonra Newsport.az-a açıqlama verib. Abbasov matçı belə şərh edib:
"Oyundan əvvəl də dərk edirdik ki, Azərbaycanın ən səviyyəli komandasına qarşı oynayacağıq. "Qarabağ"da təhlükəli oyunçuların olduğunu yaxşı bilirdik. Hücum xətti də çox güclü idi. "Sumqayıt"a məğlub olmuşdular deyə, bizimlə görüşdə qələbə qazanmaq istəyirdilər. Bizə qarşı da tam heyətlə çıxmışdılar. Açığı özümüz də kompakt oynamağa çalışırdıq. Ancaq ani səhvdən qol buraxdıq".
"Heyətdə çatışmazlıqlar var. Amma çalışırıq ki, daha yaxşı oyun göstərək. Xal yığmaq istəyirik. İnanıram ki, qarşıdakı turlarda bu istəyimizə də çatacağıq. Baş məşqçimizin gəlişindən sonra, taktiki cəhətdən uşaqlar daha diqqətli oynayır. Kompakt oynayırıq. "Qarabağ" səviyyəli klubdu. Həm müdafiəsi, həm də hücumu da güclüdü. "Qarabağ"a qarşı çətinlik çəkirdik" deyə Abbasov fikirlərini yekunlaşdırıb.