"Bizə bir qələbə lazımdır"-Bəhmən Həsənov

"Çətin oyun oldu. “Qarabağ”ı xırdalamağa ehtiyac yoxdur. Şadam ki, “Qarabağ”a qarşı sona kimi mübarizə apardıq. Bundan sonra qazanacağımız bir qələbə bizi irəli aparacaq".

Newsport.az-ın məlumatına görə, bu sözləri "Rəvan"ın baş məşqçisi Bəhmən Həsənov Azərbaycan Premyer Liqasının 10-cu turunda "Qarabağ"a 0:1 hesabı ilə uduzduqları matçdan sonra deyib.

O, futbolçularda hazırda özünəinam hissinin olmadığını bildirib:

" Futbolçuları çətin vəziyyətdən çıxarmaq üçün zaman lazımdır. Bizim elə güclü heyətimiz yoxdur ki, 1 həftə ərzində 3 oyuna çıxaq. Bizə 1 qələbə lazımdır, sonra davamı gələcək”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right