"Şamaxı" - "Sabah" oyununun yeri dəyişdirildi

Azərbaycan Premyer Liqasının 1-ci turunda keçiriləcək "Şamaxı" - "Sabah" matçının yeti dəyişdirilib.

Newsport.az xəbər verir ki, bu barədə PFL-in rəsmi saytı məlumat yayıb.

Konfrans Liqasında çıxış edən “Sabah” klubunun rəsmi müraciəti, “Şamaxı” klubunun rəsmi razılıq məktubu, Peşəkar Futbol Liqasının qərarı ilə “Sabah” klubunun növbəti mərhələyə daha yaxşı hazırlaşması və mümkün zədələrin qarşısının alınması məqsədi ilə 1-ci turun “Şamaxı” – “Sabah” oyunu ilə, 18-ci turun “Sabah” – “Şamaxı” oyununun yeri dəyişdirilib.

4 avqust (bazar)

1-ci tur 

17:30. “Sabah” – “Şamaxı”
“Bank Respublika Arena”





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right