"Kəpəz"də 3 müqavilə

"Kəpəz" 3 yetirməsi ilə yeni müqavilə imzalayıb.

Newsport.az klubun mətbuat xismətinə istinadən xəbər verir ki, əvəzedici  heyətdə çıxış etmiş gənc futbolçular, müdafiəçilər  Ümid Səmədov ilə Arzu Atakişiyev və hücumçu Cavad Kərimovun sözləşməsi daha 3 il uzadılıb.

Qeyd olunub ki, uzunmüddətli müqavilələr bu futbolçuların yaxın gələcəkdə komandanın əsas üzvlərinə çevriləcəyinə inamdan irəli gəlir.

Xatırladaq ki, "Kəpəz" bu yay Yeqor Xvalko, Elmir Tağıyev, Ehtiram Şahverdiyev, Əli Səmədov, Vurğun Hüseynov və Tural Rzayevlə də müqaviləni yeniləyib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right