Samir Əliyev: “Ümidim olmasaydı, burada qalmazdım”

"5 oyundur ki, qələbə qazana bilmirdik. Futbolçularda psixoloji problemlər yaranıb”.

Newsport.az-ın məlumatına görə, bunu "Neftçi”nin baş məşqçisi Samir Əliyev deyib.
 
Azərbaycan Premyer Liqasının X turu paytaxt derbisi ilə əlamətdar oldu. "Bakcell Arena”da keçirilən "Neftçi” – "İnter” görüşü 1-1 hesabı ilə başa çatdı. "Ağ-qaralar” uzun fasilədən sonra 3 xala yaxın olsa da, üstünlüyünü qoruya bilməyib. Oyundan sonra "Neftçi”nin baş məşqçisi pis futbol oynamadıqlarını deyib: 

"Çalışdıq ki, bu gün yaxşı oynayıb, qara zolaqdan çıxaq. Təəssüflər olsun ki, yenə oyunun son dəqiqələrində qol buraxdıq. Ümumi götürsək, komanda pis futbol sərgiləmədi. Amma dediyim kimi, psixoloji problem var. Bu səbəbdən sona qədər qələbə hesabını qoruyub saxlamağı bacarmadıq. Bizim qışa qədər olan məqsədimiz bu heyətlə çalışıb mümkün qədər çox xal toplamaqdır. Qışda isə çatışmazlıqları aradan qaldırmaq üçün işlər görəcəyik. Bir qədər səbr eləmək lazımdır. Turnir cədvəlindəki yerimiz yaxşı olmasa da, gələcəyə ümidlə baxıram. Ümidim olmasaydı, burada qalmazdım”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right