“Qarabağ”ın “Ludoqorets”lə oyunlarının hakimləri müəyyənləşdi

“Qarabağ”ın Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Bolqarıstanın “Ludoqorets” klubuna qarşı keçirəcəyi hər iki oyunun hakim təyinatları açıqlanıb.

Newsport.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, avqustun 6-da Bakıda təşkil olunacaq görüşü isveçrəli, 13-də Razqradda baş tutacaq matçı isə italiyalı referilər idarə edəcəklər.

6 avqust
20:00. “Qarabağ” – “Ludoqorets”

Hakimlər: Urs Şnyder, Marko Zürxer, Benjamin Zürxer, Sven Volfensberger
VAR hakimləri: Fedayi San, Yohannes von Mandax (hamısı İsveçrə)
Bakı, Tofiq Bəhramov adına Respublika stadionu

13 avqust
22:00. “Ludoqorets” – “Qarabağ”

Hakimlər: Simone Sozza, Corcio Peretti, Davide İmperiale, Matteo Marketti
VAR hakimləri: Canluka Aureliano, Marko Serra (hamısı İtaliya)
Razqrad, “Ludoqorets Arena”





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right