Mahirin alman klubuna gözlənilən transferi ilə bağlı yeni xəbər

Azərbaycan milli komandasının hücumçusu Mahir Emreli tezliklə Zaqrebin "Dinamo" klubu ilə müqaviləni ləğv edə bilər.

Newsport.az xəbər verir ki, bu barədə Almaniyanın "Bild" nəşri məlumat yayıb.

Qəzetin yazdığına görə, ikinci bundesliqa təmsilçisi, baş məşqçisi Miroslav Kloze olan "Nürnberq" Emrelini heyətində görmək istəyir. Elə futbolçu özü də karyerasını bu klubda davam etdirmək fikrindədir. Bildirilir ki, "Dinamo" ən yüksəködənişli futbolçularından M.Emreli ilə bu həftə müqaviləni qarşılıqlı razılaşma ilə ləğv edə bilər.

Qəzet yazır ki, məhz bundan sonra 27 yaşlı futbolçunun "Nürnberq"ə keçidi asanlaşacaq. 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right