“Qəbələ”dən “Neftçi”yə

“Qəbələ” İdman Klubu ilə Media və Marketinq Departamentinin rəhbəri Asəf Zeynallı arasında müqaviləyə qarşılıqlı şəkildə xitam verilib.

Newsport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Qəbələ” klubdakı fəaliyyəti zamanı göstərdiyi xidmətlərə görə Asəf Zeynallıya təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, Zeynallının bundan sonra “Neftçi”nin mətbuat katibi kimi çalışması gözlənilir. Paytaxt klubu bu təyinatı tezliklə açıqlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right