"Zirə" Konfrans Liqasında növbəti mərhələyə vəsiqə qazandı Yenilənib

"Zirə" bu gün Konfrans Liqasının II təsnifat mərhələsində cavab oyununa çıxıb.

Newsport.az xəbər verir ki, qəsəbə təmsilçisi Slovakiyada "DAK 1904"lə üz-üzə gəlib.

Qarşılaşmaya Bakı vaxtı ilə saat 22:30-da start verilib. Rəqibi üzərində 2:1 hesablı qələbə qazanan "Zirə" III təsnifat mərhələsinə vəsiqə qazanıb.

Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv Bakıda rəqibini 4:0 məğlub etmişdi.  

Konfrans Liqası
II təsnifat mərhələsi, cavab oyunları

1 avqust

22:30 "DAK 1904" (Slovakiya) – "Zirə" 1:2 
Qollar: 
Alexandro Mendes Qarsiya, 40 -  Rafael Utsiq, 25, Qismət Alıyev, 57 (pen)
İlk oyun 4:0





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right