“Makkabi”nin Bakıdakı məşqi ləğv edildi

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Sabah”la baş tutacaq cavab oyunundan öncə “Makkabi”nin Bakıda keçirməli olduğu məşq ləğv edilib. Newsport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, buna Hayfa təmsilçisinin Bakıya gecikməsi səbəb olub. Uçuşda 3 saat yubanma olduğu üçün “Makkabi”nin Bakıdakı məşqi baş tutmayacaq.

Qeyd edək ki, sabah keçiriləcək “Sabah” - “Makkabi” matçı saat 20:00-da başlanacaq. Bu komandaların ilk oyununda təmsilçimiz 3:0 hesablı qələbə qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right