Samir Abasov: “Bütün bunları müzakirə edəcəyik”

Azərbaycan Premyer Liqasının X turunda "Sumqayıt” "Xəzər Lənkəran” üzərində 2-1 hesablı qələbə qazanıb.

Newsport.az-ın məlumatına görə, maçdan sonra keçirilən mətbuat konfransında "Sumqayıt” klubunun baş məşqçisi Samir Abasov oyunu belə şərh edib: 
"Sumqayıt” bu meydançaya, hava şəraitinə alışmayıb. Belə bir vəziyyətdə əzmkar, döyüşkən "Xəzər Lənkəran”a qarşı çətin oyun alınacağını dərk edirdik. Futbolçulardan xahiş etmişdim ki, rahat və sərbəst oynasınlar. İlk hissədə bu istəyimiz alındı. İkinci hissədə isə belə oynamadıq, problemlər ortaya çıxdı. Həmin problemləri aradan qaldırmağa çalışacağıq. İndiki vəziyyətdə isə futbolçuları oyunlarına görə yox, vuruşduqlarına görə təbrik edirəm. Etiraf edirəm ki, ikinci hissə "Xəzər Lənkəran”ın üstünlüyü şəraitində keçdi. Hətta məğlub da ola bilərdik. Bütün bunları müzakirə edəcəyik”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right