"14 oyunçunun ümidinə qalmışıq"-Yunis Hüseynov

"Xəzər Lənkəran"ın baş məşqçisi Yunis Hüseynov Azərbaycan Premyer Liqasının 10-cu turunda "Sumqayıt"a 1:2 hesabı ilə uduzduqları matçdan sonra fikirlərini bildirib.

Newsport.az-ın məlumatına görə, o, qarşılaşmanın çətin keçdiyini deyib:

“Heyətdə problemlərimiz çoxdur. 14 oyunçunun ümidinə qalmışıq. İmkanlarımız geniş deyil ki, səhv edən futbolçuları əvəzedici heyətə göndərək. Çətinliklər fonunda qələbə qazanmaq istəyirdik".

Y.Hüseynov futbolçuların çıxışından razı qalmadığını vurğulayıb:

" İkinci hissədə toparlansaq da, qollar vura bilmədik. Qarşıda bizi ağır matçlar gözləyir. Məcburuq ki, dekabra kimi bu futbolçularla döyüşək. Gənc futbolçular da özlərinə fikir verməlidirlər. Komandada qalmaq üçün özlərini yaxşı tərəfdən göstərməlidirlər”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right