Çempionlar Liqası: "Qarabağ"ın III təsnifat mərhələsindəki rəqibi bu gün bəlli olacaq

Bu gün UEFA Çempionlar Liqasında II təsnifat mərhələsi başa çatacaq.

Newsport.az-ın məlumatına görə, Azərbaycan çempionu "Qarabağ"ın növbəti raunddakı rəqibi bəlli olacaq.

Belarusun "Dinamo" (Minsk) komandası Macarıstanda Bolqarıstan təmsilçisi "Ludoqorets"lə üz-üzə gələcək. Cavab qarşılaşması Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

Ötən həftə baş tutan ilk görüşdə bolqarlar qələbə qazanıblar - 2:0.

Qeyd edək ki, Çempionlar Liqasında III təsnifat mərhələsinin ilk oyunları avqustun 6-7-də, cavab matçları isə avqustun 13-də keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right