"Kəpəz"dən daha bir transfer

"Kəpəz" daha bir futbolçunun transferini reallaşdırıb.

Newsport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Viktor Braqa heyətə cəlb olunub.

Braziliyalı ilə 1+1 illik müqavilə bağlanıb. Viktor cinah yarımmüdafiəçisi mövqeyində oynayır. 23 yaşlı oyunçunun son klubu vətənində D Seriyasından "Aqiya di Maraba" olub.

Qeyd edək ki, "Kəpəz" bu yay Elmir Tağıyev,  Nicat Süleymanov, Paulo Rojerio, Kərim Lkoça, Məmməd Hüseynov, Lassana Ndiaye və İlkin Qırtımovu da transfer edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right