"Qəbələ" Küveytdə çempion olan komanda ilə qarşılaşacaq

Yeni mövsümün hazırlığını davam etdirən “Qəbələ” fasilə dövründə ilk yoxlama oyununu keçirəcək.

Newsport.az xəbər verir ki, “qırmızı-qaralar” Küveytin "Əl-Yarmuk" klubu ilə üz-üzə gələcək.

Qəbələdə təlim-məşq toplanışında olan Asiya təmsilçisi ilə matç sabah keçiriləcək. Qarşılaşma Qəbələ şəhər stadionunda təşkil olunacaq. Oyunun start fiti saat 18:00-da veriləcək.

Qeyd edək ki, ötən mövsüm Küveyt çempionatının 1-ci liqasının qalibi olan "Əl-Yarmuk" Premyer Liqaya vəsiqə qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right