“Neftçi”nin sabiq futbolçusu yeni kluba keçdi 1 oyunluq

“Neftçi”nin sabiq futbolçusu Keysuke Honda özünə yeni komanda tapıb.

Newsport.az saytı xəbər verir ki, Yaponiya millisinin keçmiş yarımmüdafiəçisi Butanda çıxış edəcək. O, “Paro” klubu ilə anlaşıb.

Maraqlıdır ki, müqavilə cəmi 1 oyunluq nəzərdə tutulub. Belə ki, Honda AFC Çağırış Liqasına vəsiqə uğrunda qarşılaşmada “Paro”ya kömək edəcək.

Qeyd edək ki, Keysuke Honda 2021-ci ilin martından iyuluna kimi “Neftçi”nin formasını geyinib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right