"Qarabağ"la matça 1 itki ilə hazırlaşırlar

Ərzurum şəhərindəki hazırlıq prosesini yekunlaşdıran “Araz-Naxçıvan” “Qarabağ”la keçirəcəyi matçın hazırlığını davam etdirir.

Newsport.az-ın məlumatına görə, bu gün növbəti məşqinə çıxan “qırmızı-ağlar” əvvəlcə məşqçi Teodor Terzievin rəhbərliyi altında fiziki təmrinləri yerinə yetiriblər. Ardınca komanda üzvləri baş məşqçi Elmar Baxşıyevin taktiki planda tapşırıqlarını icra ediblər.

Heyətdə yeganə zədəli futbolçu Ramin Nəsirlidir. Yarımmüdafiəçi müalicə prosesi keçir.

Qeyd edək ki, “Araz-Naxçıvan” Misli Premyer Liqasının yeni mövsümünə avqustun 2-də start verəcək. Komanda “Live Bona Dea Arena”da “Qarabağ”ı qəbul edəcək. Saat 20:00-da başlayacaq matç CBC Sport-la canlı yayımlanacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right