"Sabah" hücumçusu ilə yollarını ayırdı Rəsmi

“Sabah” komandası hücumçusu İshak Belfodillə yollarını ayırıb.

Newsport.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, əlcəzairli futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, İshak Belfodil ötən ilin yayında “Sabah”a keçmişdi. 32 yaşlı forvard Masazır təmsilçisinin heyətində meydana çıxdığı 21 rəsmi matçda 5 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right