"Qarabağ"ın hücumçusu Türkiyə klubu ilə anlaşdı

"Qarabağ"ın futbolçusu Redon Cica karyerasını Türkiyədə davam etdirə bilər.

Newsport.az xəbər verir ki, "Ankaragücü" alban hücumçunu transfer etmək istəyir. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

I Liqa təmsilçisi Cica ilə razılıq əldə edib. "Ankaragücü" Azərbaycan çempionu ilə təzminatla bağlı müzakirələr aparır.

Qeyd edək ki, "Qarabağ" Redon Cicanı 2023-cü ilin yanvar ayında "Tirana"dan transfer edib. 26 yaşlı forvard ötən mövsüm Ağdam təmsilçisinin heyətində meydana çıxdığı 37 rəsmi matçda 7 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right