"İmişli"dən ayrılan futbolçu 2-ci liqa klubunda

Azərbaycan 2-ci liqası klublarından "Şahdağ Qusar" heyətinə yeni futbolçu qatıb.

Newsport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Bölgə təmsilçisi son klubu "İmişli" olan Ruslan Hacıyevi transfer edib. 26 yaşlı hücumameyilli futbolçu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.

Qeyd edək ki, Ruslan Hacıyev "Qarabağ"ın yetirməsidir. O, Ağdam klubu ilə yanaşı, uzun müddət "Səbail"in formasını geyinib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right