Qriqorçuk barmaq silkələdi, "Neftçi"nin futbolçuları narazı qaldı

"Neftçi"də yeni baş məşqçi Roman Qriqorçukdan ilk narazılıq yaranıb.

Newsport.az Sportinfo.az-a istinadən xəbər verir ki, ukraynalı çalışdırıcının gündəlik iş üslubu əksər futbolçuların ürəyincə deyil.

Onların giley-güzarı artıq redaksiyamıza çatıb. Nədən şikayətçidirlər?

Qriqorçuk Türkiyədə keçirilən təlim-məşq toplanışı zamanı davamlı şəkildə iclaslar təşkil edir. Hər gün 3 dəfə toplantı zalına yığışmaq komanda üzvlərinə bezdirici gəlir.

Belə ki, mütəxəssis səhər və günorta 40 dəqiqə, axşam isə 30 dəqiqə iclas edir. Gün ərzində üst-üstə 1 saat 10 dəqiqə yığıncaq futbolçuların əhval-ruhiyyəsinə mənfi təsir göstərməkdədir.

Sabiq "Qəbələ"li bütün bunlar azmış kimi, kollektivin hər fərdinə "mənim söylədiklərimi əzbərləyin, kim dediklərimi yaddan çıxarsa, məndən inciməsin" kimi xəbərdarlıq eləyib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right