Türkiyənin Erzurum bölgəsində təlim-məşq toplanışında olan “Neftçi”nin planında məcburi dəyişiklik baş verib. Newsport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “ağ-qaralar”ın toplanış çərçivəsində bu gün Səudiyyə Ərəbistanı Pro Liqası təmsilçisi “Əl-Oruba”ya qarşı keçirməli olduğu sonuncu yoxlama matçı baş tutmayıb.
Belə ki, qarşılaşma ləğv edilib. Buna “Əl-Oruba”nın matçdan imtina etməsi səbəb olub. Əvəzində, “ağ-qaralar” ikitərəfli oyun keçirəcəklər.
Qeyd edək ki, Türkiyənin “Alanyaspor” (3:1), “Sivasspor” (2:1) və “Erzurumspor” (0:0) klubları ilə sınaq matçı keçirmiş “Neftçi” toplanışı başa vuraraq sabah Bakıya qayıdacaq.