"Qarabağ"ın Cəbəllütariq klubu ilə matçının hakimləri dəyişdirilib

UEFA “Qarabağ”ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Linkoln”la keçirəcəyi cavab oyununun hakimlərini dəyişib.

Newsport.az qitə futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, Bakıdakı matça Danimarkadan olan hakimlər briqadası gələcək.

İyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçı Yakob Sundberq idarə edəcək. Ona Deniz Yurdakul və Viktor Skitte kömək edəcək. Dördüncü hakim funksiyasını Yakob Karlsen yerinə yetirəcək. Yonas Hansen VAR, Yens Maae AVAR kimi iş başında olacaq.

Qeyd edək ki, UEFA daha əvvəl Ukraynadan olan hakimlər briqadasının qarşılaşmanı idarə edəcəyini açıqlamışdı.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right