Millimiz Avropa çempionatında mübarizəyə başlayır

23-28 iyul Albaniyanın Elbasan şəhərində 18 yaşlı oğlanlar arasında basketbol üzrə Avropa çempionatı C divizionun oyunları baş tutacaq.

Newsport.az xəbər verir ki, B qrupunda qərarlaşmış millimiz Moldova və Ermənistan yığmalarına qarşı mübarizə aparacaq.

Anar Sarıyev və Fərid Əmirovun rəhbərlik etdiyi millimizin qrupdakı ilk oyunu 24 iyul Bakı vaxtı ilə saat 18:00-da Moldova yığmasına qarşı olacaq. Millimiz qrupda sonuncu oyununu isə 25 iyul saat 18:00-da Ermənistan seçməsinə qarşı keçirəcək.

Qeyd edək ki, Avropa çempionatının bütün oyunları FİBA-nın rəsmi "youtube" hesabından da canlı yayımlanacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right