“Qəbələ”nin rəqibində ciddi itki

Yunanıstanın PAOK klubu gözlənilməz itki ilə üzləşib. 

Newsport.az-ın məlumatına görə, Saloniki təmsilçisinin bolqarıstanlı forvardı Dimitar Berbatov zədələnib.  Klubun rəsmi saytında yer alan məlumata görə, Berbatov iki həftə yaşıl meydanlardan kənarda qalacaq. Bu isə o deməkdir ki, bolqarıstanlı forvard Yunanıstan Kubokunda  "Pantrakikos”, ölkə çempionatında "Asteras” və Avropa Liqasının "Krasnodar”la oyunları buraxacağı dəqiqdir.
Qeyd edək ki, Saloniki təmsilçisi Avropa Liqasının qrup mərhələsində "Qəbələ” ilə eyni qrupda yer alıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right