Almaniya millisinin sabiq üzvü "Neftçi"də Rəsmi

"Neftçi" heyətini yeni futbolçu ilə gücləndirib.

Newsport.az xəbər verir ki, Bakı təmsilçisi Robert Baueri rənglərinə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Almaniyalı müdafiəçi ilə 3 illik müqavilə imzalanıb. 29 yaşlı futbolçu “Neftçi”də 23 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Robert Bauer "Karlsue", "İnqolştadt", "Verder", "Nürnberq", "Arsenal" (Tula, Rusiya), "Sent-Truiden" (Belçika) və "Əl-Tay"da çıxış edib. Təcrübəli mərkəz müdafiəçisi Almaniyanın U-21 millisinin heyətində 13 oyun keçirib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right