Sabah Azərbaycan Premyer Liqasında X turun qarşılaşmaları keçiriləcək.
Newsport.az-ın məlumatına görə,evdə "Sumqayıt”ı qəbul edəcək "Xəzər Lənkəran” bu gün oyun öncəsi son məşqini keçirəcək.
"Ağ-yaşıllar"ın son hazırlığı klubun mərkəzi stadionunda saat 16:00-da başlayacaq. Qonaqlar isə eyni məkanda saat 17:00-da məşqə çıxacaq.