Millimizin sabiq üzvü aşağı liqa klubunda

Azərbaycan millisinin sabiq müdafiəçisi Tərlan Quliyev özünə yeni komanda tapıb.

Newsport.az xəbər verir ki, 32 yaşlı futbolçu Birinci Liqada çıxış edən "İmişli" ilə anlaşıb.

Bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Quliyevlə razılaşmanın detalları açıqlanmayıb.

Onun son komandası "Turan Tovuz" olub. Əvvəllər isə təcrübəli futbolçu "Neftçi”, “Qarabağ”, “Kəpəz” komandalarında oynayıb. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right