Nurlan Novruzov məşqlərə başladı

"Zirə"nin hücumçusu Nurlan Novruzov zədəsini sağaldıb.

Newsport.az-ın məlumatına görə, paytaxt klubunun üzvü artıq məşqlərə də start verib.

Amma o, hazırda fərdi qaydada hazırlaşır. Təxminən bir həftəyə onun komanda ilə birgə məşqlərə başlaması gözlənilir. Novruzovun dəqiq nə vaxt yaşıl meydanlara qayıtması isə onun əvvəlki formasını bərpa etməsindən asılıdır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right