Qurban Qurbanov daha 3 transfer istədi

Çempionlar Liqasında qüvvəsini sınayacaq «Qarabağ» hazırda 3 mövqeyə yeni oyunçu axtarır.

Newsport.az məlumatına görə, Ağdam klubu 1 qapıçı və 2 cinah yarımmüdafiəçisi transfer etməyi planlaşdırır.

Qurban Qurbanov hansı legionerləri öz sərəncamında görmək istəyirsə, bu barədə menecerləri məlumatlandırıb. Baş məşqçi avqustun ortasınadək danışıqları yekunlaşdırmağı tapşırıb.

Ölkə çempionu bu yay hələlik 3 keçidi rəsmiləşdirib.«Köhlən atdar» keçmiş qapıçısı Şahruddin Məhəmmədəliyev və hücumçusu Musa Qurbanlını geri qaytarıbsa, «Vizela»dan (Portuqaliya) Fabian Buntiçlə 3 illik müqavilə bağlayıb (sportinfo.az)





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right