"Neftçi" yay fasiləsinin növbəti transferini gerçəkləşdirdi

"Neftçi” yeni transferlə güclənib. "Ağ qaralar"ın FKSB-in müdafiəçisi Siyabonqa Nqezana ilə uzun sürən danışıqları müsbət yekunlaşıb.

Newaport.az-ın məlumatına görə, stoperlə bütün detallarda razılıq əldə olunub. Təmsilçimiz afrikalı legionerin transferinə görə müəyyən məbləğdə təzminat da ödəməli olub. Lakin məbləğ bir müddət əvvəl iddia olunan 7 milyon avrodan çox aşağıdır.

Yeni transfer qısa müddətdə "ağ qaralar"ın düşərgəsində olacaq. Neqzana 2023-cü ildə "Kayzer Çifs" klubundan FCSB klubuna keçib. 27 yaşlı arxa xətt oyunçusu ötən mövsüm meydana çıxdığı 31 matçda 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb (sportinfo.az).





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right