"Qarabağ Bakıya qayıtdı

"Qarabağ" Avstriyada təşkil olunan təlim-məşq toplanışını başa vurduqdan sonra Vətənə dönüb.

Newsport.az xəbər verir ki, iyulun 5-dən 17-dək Tirol bölgəsində hazırlıq keçən Qurban Qurbanovun yetirmələri bu gün səhər saatlarında Bakıya qayıdıb.

Ağdam təmsilçisi yeni mövsümə hazırlıq prosesində dörd yoxlama oyunu keçirib. “Kayzerslautern” (1:3), Plzen “Viktoriya”sı (2:1), “Slaven” (1:0) və “Şəbəb Əl-Əhli” (5:2) ilə görüşən “Qarabağ” toplanışda üç qələbə qazanıb və bir məğlubiyyət alıb.

Çempionlar Liqasında mübarizə aparacaq komanda II təsnifat mərhələsinin “Linkoln”la matçlarının hazırlığını Bakıda davam etdirəcək. Cəbəllütariq çempionu ilə ilk görüş iyulun 23-də səfərdə, cavab qarşılaşması 30-da Bakıda keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right