Mahir Emreli 2,2 milyondan imtina etdi, Almaniyaya yollandı

Futbol üzrə Azərbaycan milli komandasının hücumçusu Mahir Emreli karyerasını Almaniyada davam etdirəcək.

Newsport.az Azerispоrt.com-a istinadən xəbər verir ki, Xorvatiya “Dinamo”sunun 27 yaşlı sabiq hücumçusu ikinci Bundesliqa təmsilçisi “Nürnberq”ə keçib. Komanda Bundesliqaya çıxacağı təqdirdə daha bir il uzadılması şərti ilə bir il müddətinə müqavilə imzalanacaq. Əks halda Emreli azad agent statusu alacaq.

Qeyd edək ki, Emreliyə BƏƏ klubundan da illik məvacibi 2 milyon 200 min manat olan təklif gəlib. Amma futbolçu burada çox az pul ödəmələrinə baxmayaraq, Avropada qalmağa qərar verib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right