"Turan Tovuz" Türkiyə klubları ilə qarşılaşacaq

Yeni mövsümün hazırlıqlarının ikinci mərhələsini Türkiyədə davam etdirən "Turan Tovuz"un təlim-məşq toplanışı çərçivəsində keçirəcəyi yoxlama oyunlarındakı rəqiblərinin kimliyinə aydınlıq gəlib.

Newsport.az xəbər verir ki, qərb bölgəsi təmsilçisi iyulun 18-də Türkiyə Birinci Liqa təmsilçisi “Pendikspor”, 22-də isə Super Liqa təmsilçisi “Adana Dəmirspor”la qarşılaşacaq. 

Son yoxlama oyunu isə ayın 25-də baş tutacaq. Baş məşqçi Kurban Berdıyev komandanı Türkiyə Birinci Liqa təmsilçisi “Kocaelispor”la oyunda sınaqdan keçirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right