Şahruddin Məhəmmədəliyevin anlaşdığı komanda bəlli oldu

"Qarabağ" heyətini daha bir qolkiperlə gücləndirib.

Newsport.az saytına verilən məlumata görə, Ağdam təmsilçisi Şahruddin Məhəmmədəliyevlə anlaşıb.

Azərbaycan çempionu artıq onunla rəsmi müqavilə imzalayacaq.

Tərəflər arasında rəsmi anlaşma olub. "Qarabağ" Şahruddinlə bir illik müqavilə imzalayacaq.

30 yaşlı qapıçı 2016-2023-cü illərdə "Qarabağ"ın qapısını qoruyub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right