“Neftçi”nin futbolçusu sabiq kapitana ilişdi: “Neftçi”dən necə getməyini və indi harada olmağını unutma”

Premyer Liqanın IX  turunda baş tutan AZAL - "Neftçi” oyunu gözlənilməz hesabla yekunlaşdı.

Newsport.az-ın məlumatına görə, paytaxt derbisində "təyyarəçilər” 2:1 hesabı ilə qələbə qazandı. 

Ardıcıl 3-cü dəfə yenilən "Neftçi”nin üzvləri isə bu yünilgini həzm edə bilmir. Qapıçı Aqil Mәmmәdov AZAL-a uduzmağın ölümdәn betәr olduğunu qeyd etmişdisə, Ruslan Qurbanov açıqlama verərək AZAL-a uduzmağın onlar üçün olduqca pis nәticә olduğunu qabartmışdı.
 
Oyunun üstündən artıq bir neçə gün keçsə də, futbolçular hələ də bir-birinə atmaca atmaqdan yorulmayıb. Bu dəfə "Neftçi”nin forvardı Ruslan Qurbanov AZAL-ın kapitanı Rail Məlikova "iliçib”. Hücumçu rəqibin kapitanına "Neftçi”dən necə getməyini xatırladıb:
 
"Qoy mən futbolda heç kim olum, Səni isə kapitan olmağına görə təbrik edirəm, Rail Məlikov, bu işin öhdəsindən yaxşı gəlirdin. Amma sən də "Neftçi”dən necə getməyini və indi harada olmağını unutma. Milli komanda haqda mənə sən yox, yalnız baş məşqçi danışa bilər. Mən hələ öz üzərimdə çox işləməliyəm. Sənə və komandana uğurlar arzu edirəm. Nəyisə səhv anlamısansa bu, mənim problemim deyil. Mən heç bir halda AZAL-ı təhqir etməmişəm. Bunu sadəcə ona görə dedim ki, cənab Məlikov, sizin komandadakı büdcə "Neftçi”dəki kimi deyil. Nə isə, uğurlar arzu edirəm, kapitan!!!”




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right