"Kəpəz" iki futbolçu ilə yolları ayırdı

"Kəpəz" hücumçu Amil Yunanov və qapıçı Kamran İbrahimov ilə başa çatan müqaviləsi yenilənməyib.

Newsport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, onların hər ikisi Gəncə təmsilçisini tərk edib.

 

 

Klub xidmətlərinə görə bu oyunçulara təşəkkür edib, onlara gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, "Kəpəz" A.Yunanovu "Səbail"dən icarəyə götürmüşdü.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right