Elxan Məmmədovun millidən uzaqlaşdırdığı şəxsi kim geri qaytardı?

Azərbaycanın çimərlik futbolu millisinin yeni baş məşqçisi müəyyənləşib.

Bu barədə AFFA-nın İcraiyyə Komitəsinin bugünkü iclasında qərar qəbul olunub.

Komanda Sahib Məmmədova tapşırılıb.

Sahil Məmmədovun kimliyi futbol camiəsinə yaxından tanış olmaya bilər. O, vaxtilə bu növ üzrə yığmanın formasını geyinib.

Hansı ki, çimərlik üzrə komandanın formalaşdırması prosesinə 2008-ci ildən başlanılıb. Məmmədov ilk vaxtlar tez-tez milliyə dəvət alsa da, bir müddət sonra buradan uzaqlaşdırılıb.

Bu, Bəhram Hətəmovun baş məşqçi postunu tutduğu illərə təsadüf edir. Amma Məmmədovun yığmadan kənarlaşdırılması Hətəmovun istəyi olmayıb.

O. birbaşa AFFA rəhbərliyinin təkidi və tələbi ilə bu vəziyyətlə üzləşib. AFFA-nın ovaxtkı baş katibi Elxan Məmmədovun göstərişi qeyd-şərtsiz yerinə yetirilib.

Əslən Şəkidən olan Sahil Məmmədov son illəri Pribaltika ölkələrində keçirib. Litva və Latviyada məşqçi kimi çalışıb.

Onun Azərbaycan yığmasına dönüşünü Rüfət Həsənov təşkil edib. Adını çəkdiyimiz bu şəxs Çimərlik Futbol Federasiyasının icraçı direktorudur.

O, federasiya prezidenti Fərid Novruziyə yaxın biridir. R.Həsənov uzun illər F.Novruzinin biznes strukturunda çalışıb, ona məxsus restoran şəbəkəsinin təhcizat işlərini görüb.

S.Məmmədovun gəlişiylə Zeynal Zeynalovun çimərlik futbolu ilə bütün bağları qopub. Halbuki 2008-ci ildən bu sahədə idi.

Əvvəl futbolçu kimi milliyə xidmət edirdisə, son 7 ildə baş məşqçi vəzifəsini tuturdu. Komanda onun rəhbərliyi altında A Divizionuna yüksəlib, bir sıra uğurlar qazanıb.

Sportinfo.az





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right