“Neftçi”də son durum: itkilər var

Azərbaycan Premyer Liqasının IX turunda AZAL-a məğlub olan "Neftçi” hazırlıqlarını istirahət etmədən davam etdrir.
 

Newsport.az-ın məlumatına görə, X turun "İnter”lə oyunun hazırlıqlarını İsmət Qayıbov adına stadionda davam etdirən "ağ qaralar”ın heyətində ciddi itkilər var.Belə ki, 4 həftəyə yaxındır zədədən əziyyət çəkən Araz Abdullayevin "İnter”ə qarşı oyunda da iştirak etməyəcəyi gözlənilir.  Bundan əlavə AZAL-la matçda qırmızı vərəqə alan braziliyalı Rodriqo Filyo da "İnter”ə qarşı oyunda iştirak etməyəcək.
Komanda itkilərdən əziyyət çəkdiyi halda Anyete komanda ilə birgə məşqlərə başlayıb. Bundan əlavə qırmızı vərəqə aldğı üçün cəzalanan Fəhmin Muradbəyli də "İnter”lə qarşılaşmada iştirak edə bilər. 
Baş məşqçi Samir Əliyev tərəfindən əvəzedici komandaya göndərilən Məhəmməd Qurbanov və Samir Məsimov "İnter”lə matçadək əsas komandada oynamayacağı gözləniləndir. 
Qeyd edək ki, "Neftçi” – "İnter”matçı oktyabr ayının18-də keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right