"Sumqayıt" Türkiyə klubuna qalib gəldi

Yeni mövsümə hazırlıqların 2-ci mərhələsini Türkiyənin Ankara şəhərində davam etdirən "Sumqayıt"  ikinci yoxlama oyununu keçirib.

Newsport.az xəbər verir ki, Samir Abasovun baş məşqçisi olduğu komanda Türkiyə 1-ci liqası təmsilçisi "Gənclərbirliyi" ilə üz-üzə gəlib. "Sumqayıt" 35-ci dəqiqədə Cordan Rezabalanın matçda vurduğu yeganə qolla 1:0 hesablı qələbə qazanıb.

Qeyd edək ki, "Sumqayıt" bundan əvvəl yoxlama görüşündə  Rusiyanın Premyer Liqa təmsilçisi "Orenburq"a 1:2 hesabı ilə uduzmuşdu.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right