Millimiz Macarıstana böyük hesabla uduzdu

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

Newsport.az xəbər verir ki, B Liqasının I qrupunda yer alan millimiz beşinci matçında Macarıstan yığması ilə qarşılaşıb. “Liv Bona Dea Arena"da təşkil olunan görüş Macarıstan seçməsinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu nəticədən sonra millimiz 4 xalla turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb. Macarıstan yığması isə 7 xalla ikinci yerə yüksəlib.

Qeyd edək ki, Azərbaycan milli komandası qrupda son oyununu iyulun 16-da Lozanna şəhərində yerləşən “Olimpik De La Pontez” stadionunda İsveçrə yığmasına qarşı keçirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right