“Sabah”ın rəqibindən yeni transfer

Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Sabah”ın rəqibi olan İsrailin “Makkabi” (Hayfa) klubu daha bir transfer edib.

Newsport.az xəbər verir ki, ukraynalı müdafiəçi Aleksandr Sirota heyətə cəlb edilib. 24 yaşlı mərkəz müdafiəçisi “Dinamo”dan (Kiyev) icarə əsasında Hayfa klubuna keçib.

“Sabah” “Makkabi” ilə ilk oyunu iyulun 25-də səfərdə keçirəcək. Cavab görüşü bir həftə sonra Bakıda olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right