Azərbaycan millisinin Lüksemburqla görüşünün məkanı bəlli oldu

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsində Lüksemburq yığması ilə keçirəcəyi səfər oyununun yeri müəyyənləşib.

Newsport.az AFFA-ya istinadən xəbər verir ki, F qrupu çərçivəsində sentyabrın 6-da təşkil olunacaq görüş Eş-Sur-Alzett şəhərində yerləşən “Emile Mayrisch” stadionunda baş tutacaq.

Matçın başlama saatı ilə bağlı daha sonra məlumat veriləcək.

Qeyd edək ki, F qrupunda yer alan Samir Əliyevin rəhbərlik etdiyi kollektiv 6 komanda arasında 3 xalla sonuncu pillədədir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right