Azərbaycanlı hakim Ermənistan millisinin 3 məğlubiyyətini qeydə aldı

Futzal üzrə azərbaycanlı FİFA referisi Yusif Nurullayev Dünya Çempionatı-2016-nın seçmə mərhələsinin oyunlarını idarə edib. 

Newsport.az saytının məlumatına görə, 31 yaşlı hakim Latviya, Kipr, Estoniya və Ermənistanın yer aldığı D qrupunun qarşılaşmalarına təyinat alıb.

Kiprdə keçirilən turnirdə Nurullayev 3 qarşılaşmada ədaləti qoruyub. Maraqlıdır ki, bunların hamısı Ermənistan millisinin iştirakı ilə baş tutan qarşılaşmalar olub. Bədnam qonşalrımız azərbaycanlı referinin idaarə etdiyi hər 3 görüşdə məğlub olub - Kiprə 2:3, Latviyaya 3:4, Estoniyaya 1:2 hesabı ilə.

 
Qeyd edək ki, Kiprin paytaxtı Nikosiyada keçirilmiş seçmə mərhələnin yekununda Latviya millisi 9 xalla qrup qalibi olaraq növbəti mərhələyə vəsiqə qazanıbsa,ermənilər sonuncu yeri tutub.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right