Millinin qapıçısı ikinci dəfə "Neftçi"də

Yeni mövsümə tədarük görən növbəti transfer çalışmasını sona çatdırıb.

Newsport.az "sportinfo"ya istinadən xəbər verir ki, Emil Səfərov və Edvin Kuçu sıralarına qatmış "ağ-qaralar" bu gün daha oyunçu ilə güclənib.

Bakılılar ötən mövsümü "Səbail"də keçirmiş Səlahət Ağayevi sıralarına qatıb. Millinin qapıçısı 2018-2020-ci illərdə də formasını geyindiyi "Neftçi" ilə 2 (1+1) illik müqavilə imzalayıb.

O, öncə "Turan Tovuz"la anlaşmağa yaxın olsa da, İvan Brkiçi yola salan paytaxt təmsilçisindən gələn dəvəti geri çevirməyib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right