"Qəbələ"nin hazırlıq planı müəyyənləşib

“Qəbələ” klubunun 2024-2025-ci illər mövsümünə hazırlıq planı müəyyənləşib.

Newsport.az bölgə təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, “Qırmızı-qaralar” məşqlərə iyulun 25-də Qəbələdə başlayacaq.

Seleksiya xarakterli hazırlıq prosesi bir həftə davam edəcək. Ardınca komanda təlim-məşq toplanışına start verəcək. Qəbələ şəhər stadionunda gerçəkləşəcək hazırlıq prosesində yoxlama oyunlarının keçirilməsi planlaşdırılıb. Rəqiblər və qarşılaşmaların tarixləri hələlik məlum deyil.

Qeyd edək ki, I Liqada yeni mövsüm sentyabrın 11-də başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right